“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

"Əməkdaşımız 50 yaşında"

News Image

"Əməkdaşımız 50 yaşında"

Bu gün ETİHİ Nərimanov Rayon Komitəsinin mütəxəssisi Vüsalə Əbilovanın 50 illik yubileyini birlikdə qeyd etdik.

Vüsalə xanımın işinə məsuliyyətli yanaşması, peşəkarlığı, həmkarlar ittifaqı üzvlərimizə göstərdiyi diqqətli və səmimi münasibət komitəmiz üçün xüsusi dəyər daşıyır.

Bu əlamətdar gün münasibətilə Vüsalə xanımı ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və fəaliyyətində yeni uğurlar arzulayırıq! 



50 yaşınız mübarək, Vüsalə xanım! 💐

Hər yeni yaşınız sevinc, gözəl xatirələr və uğurlarla dolu olsun!

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.

Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.

Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.

Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.

ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 

Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

Güclü komanda,böyük hədəflər

News Image

Güclü komanda,böyük hədəflər

Yay məzuniyyəti müddətində ETİHİ Nərimanov Rayon Komitəsinin bütün əməkdaşları dincəlib, enerjilərini yeniləyib və yeni iş dövrünə hazırlaşıblar.

İndi isə yeni tədris ili ərəfəsində bütün komandamız yenidən iş başındadır. Fəaliyyət planımıza uyğun olaraq qarşıdakı dövrdə görüləcək işləri, prioritetləri və atılacaq addımları birlikdə müzakirə edir, yeni hədəflərimizi müəyyənləşdiririk.

İnanırıq ki, yay istirahətinin bəxş etdiyi yenilənmiş enerji və motivasiya fəaliyyətimizə də müsbət təsir göstərəcək, daha məhsuldar və səmərəli iş üçün yeni stimul yaradacaq.

Əsas hədəfimiz dəyişməzdir: təhsil işçilərinin sosial rifahının təmin olunmasına, hüquq və maraqlarının qorunmasına öz fəaliyyətimizlə töhfə vermək.

Çünki güclü nəticələrin arxasında güclü komanda dayanır.

Biz birlikdə güclüyük!

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar


Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

ETİHİ Nərimanov Rayon Komitəsi.259 nömrəli uşaq bağçası.Yubiley

News Image

ETİHİ Nərimanov Rayon Komitəsi.259 nömrəli uşaq bağçası.Yubiley

ETİHİ Nərimanov Rayon Komitəsi tərəfindən 259 nömrəli uşaq bağçasının üzvü olan Hüseynova Esmira Vəli qızı 65 illik yubileyi münasibətilə təbrik edildi.

Esmira xanımı ad günü münasibətilə ürəkdən təbrik edirik,ona sağlam ömür,firəvan həyat arzulayırıq!

58 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi üçün yaddaqalan İsmayıllı–Qəbələ istirahət turu

News Image

58 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi üçün yaddaqalan İsmayıllı–Qəbələ istirahət turu

ETİHİ Nərimanov Rayon Komitəsinin təşkilatçılığı ilə 58 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi İsmayıllı–Qəbələ istiqamətində təşkil olunan istirahət turunda iştirak edib.

Təbiətin əsrarəngiz mənzərələri, təmiz dağ havası və xoş ovqat həmkarlarımız üçün bu səfəri xüsusi edib. Gündəlik məsuliyyətli fəaliyyətlərindən bir qədər uzaqlaşan kollektiv birlikdə dincələrək, səmimi söhbətlər edib, yeni və unudulmaz xatirələr qazanıb.

Məktəbəqədər təhsil sahəsində çalışan əməkdaşların əməyinə dəyər vermək, onların sosial rifahına və mənəvi rahatlığına diqqət göstərmək ETİHİ Nərimanov Rayon Komitəsinin fəaliyyətində mühüm yer tutur. Bu baxımdan təşkil olunan istirahət turu həm motivasiya, həm də kollektiv birliyinin daha da möhkəmlənməsi üçün gözəl fürsət olub.

58 nömrəli körpələr evi–uşaq bağçasının kollektivinə sağlamlıq, yüksək əhval-ruhiyyə və gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

#BağçaKollektivi #Kollektivİstirahəti #Yayİstirahəti #BirlikdəGözəlAnlar #ETİHİNərimanovRK #ETİHİ #AHİK

180 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi üçün unudulmaz İsmayıllı–Qəbələ istirahət turu

News Image

180 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi üçün unudulmaz İsmayıllı–Qəbələ istirahət turu

ETİHİ Nərimanov Rayon Komitəsinin təşkilatçılığı ilə 180 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi İsmayıllı–Qəbələ istiqamətində təşkil olunan istirahət turunda iştirak edib.

Gündəlik fəaliyyətlərində uşaqların qayğısına qalan, onların inkişafı üçün sevgi və fədakarlıqla çalışan həmkarlarımız bu dəfə özləri üçün ayrılmış mənalı istirahət gününün sevincini yaşayıblar. Təbiətin əsrarəngiz gözəllikləri, saf dağ havası və səmimi kollektiv mühiti səfəri hər kəs üçün yaddaqalan edib.

Belə görüşlər təkcə istirahət deyil, həm də kollektiv ruhunun daha da güclənməsinə, həmkarlar arasında qarşılıqlı etimadın və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

180 nömrəli körpələr evi–uşaq bağçasının kollektivinə möhkəm cansağlığı, tükənməz enerji və fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

#BağçaKollektivi #Kollektivİstirahəti #YayXatirələri #TəbiətləBaşBaşa #ETİHİNərimanovRK #ETİHİ #AHİK

ETİHİ Nərimanov Rayon Komitəsindən həmkarlar üçün növbəti istirahət səfəri

News Image

ETİHİ Nərimanov Rayon Komitəsindən həmkarlar üçün növbəti istirahət səfəri

ETİHİ Nərimanov Rayon Komitəsinin təşkilatçılığı ilə 64 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi İsmayıllı–Qəbələ istiqamətində təşkil olunan istirahət turunda iştirak edib.

Təbiətin füsunkar gözəllikləri, sərin dağ havası və səmimi kollektiv mühiti həmkarlarımız üçün unudulmaz anlarla yadda qalıb. Birlikdə keçirilən bu səfər həm dincəlmək, həm də gündəlik iş qayğılarından uzaqlaşaraq xoş xatirələr toplamaq üçün gözəl fürsət olub.

Kollektiv arasında həmrəyliyin, qarşılıqlı hörmətin və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən belə tədbirlər əməkdaşlarımızın sosial rifahına və motivasiyasına mühüm töhfə verir.

64 nömrəli körpələr evi–uşaq bağçasının kollektivinə sağlamlıq, xoş ovqat və məsuliyyətli fəaliyyətlərində davamlı uğurlar arzulayırıq!

#İsmayıllıQəbələTuru #Kollektivİstirahəti #BağçaKollektivi #Yayİstirahəti #TəbiətləBaşBaşa #ETİHİNərimanovRK #ETİHİ #AHİK

5 nömrəli Respublika xüsusi internat məktəbinin kollektivi üçün İsmayıllı–Qəbələ turu

News Image

5 nömrəli Respublika xüsusi internat məktəbinin kollektivi üçün İsmayıllı–Qəbələ turu

ETİHİ Nərimanov Rayon Komitəsinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin kollektivi üçün İsmayıllı–Qəbələ istiqamətində istirahət gəzintisi təşkil olunub.

Həssas kateqoriyadan olan uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəllim və əməkdaşlar böyük məsuliyyət, səbir və yüksək peşəkarlıq nümayiş etdirirlər. Onların gündəlik fəaliyyətində göstərdikləri fədakarlıq və zəhmət cəmiyyətimiz üçün xüsusi dəyər daşıyır.

Məhz bu baxımdan təşkil olunan istirahət səfəri kollektiv tərəfindən böyük məmnunluqla qarşılanıb. Füsunkar təbiət mənzərələri, səmimi ünsiyyət, xoş əhval-ruhiyyə və birlikdə keçirilən yaddaqalan anlar həmkarlarımızın dincəlməsinə, mənəvi rahatlıq tapmasına və yeni enerji toplamasına imkan yaradıb.

ETİHİ Nərimanov Rayon Komitəsi təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və onların əməyinə dəyər verilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin dəyərli kollektivinə möhkəm cansağlığı, tükənməz enerji və gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

#İsmayıllıQəbələTuru #Kollektivİstirahəti #XüsusiTəhsil #FədakarMüəllimlər #Yayİstirahəti #ETİHİNərimanovRK #ETİHİ #AHİK

164 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi Qubada istirahət təşkil olunub

News Image

164 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi Qubada istirahət təşkil olunub

ETİHİ Nərimanov Rayon Komitəsinin təşkilatçılığı ilə 18.07.2026-ci il tarixində 164 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi üçün Quba şəhərinə istirahət gəzintisi təşkil olunub.

Səfər iştirakçıları Qubanın ecazkar təbiətindən zövq alıb, maraqlı və əyləncəli vaxt keçirərək birgə istirahətin sevincini yaşayıblar. Səmimi söhbətlər, xoş ovqat və gözəl xatirələrlə yadda qalan bu gün həmkarlarımızın gündəlik iş yükündən uzaqlaşmasına, yeni enerji toplamasına və kollektiv ruhunun daha da möhkəmlənməsinə imkan yaradıb.

ETİHİ Nərimanov Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial rifahına, mənalı asudə vaxtının təşkilinə və həmkarlar arasında həmrəyliyin gücləndirilməsinə xidmət edən təşəbbüslərini davam etdirəcək.

164 nömrəli körpələr evi–uşaq bağçasının kollektivinə xoş əhval, möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq!

#QubaGəzintisi #Kollektivİstirahəti #Yayİstirahəti #BağçaKollektivi #BirlikdəGüclüyük #ETİHİNərimanovRK #ETİHİ #AHİK

ETİHİ Nərimanov Rayon Komitəsinin təşkilatçılığı ilə 307 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi Quba rayonunun əsrarəngiz guşələrindən biri olan Təngəaltında istirahət edib

News Image

ETİHİ Nərimanov Rayon Komitəsinin təşkilatçılığı ilə 307 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi Quba rayonunun əsrarəngiz guşələrindən biri olan Təngəaltında istirahət edib

ETİHİ Nərimanov Rayon Komitəsinin təşkilatçılığı ilə 307 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi Quba rayonunun əsrarəngiz guşələrindən biri olan Təngəaltında istirahət edib.

Sərin meşə havası, füsunkar təbiət mənzərələri və səmimi ünsiyyət bu səfəri hər bir iştirakçı üçün yaddaqalan edib. Gündəlik iş qayğılarından uzaq, birlikdə keçirilən bu xoş anlar həmkarlarımız arasında dostluq münasibətlərini daha da möhkəmləndirib, yeni tədris ili öncəsi onlara yüksək əhval-ruhiyyə və motivasiya qazandırıb.

Həmkarlarımızın mənalı istirahətinin təşkili onların əməyinə verilən dəyərin və göstərilən diqqətin daha bir nümunəsidir.

#QubaTəngəaltı #Kollektivİstirahəti #TəbiətləBaşBaşa #Yayİstirahəti #ETİHİNərimanovRK #ETİHİ #AHİK